Haqqımda.
Full-stack developer
Salam dostum, mənim adım Ramildir. 1996-ci ilin 24 mart tarixində Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində dünyaya göz açmışam. 2002- ci ildə orta məktəbə, 2013-cü ildə isə Bakı Dövlət Universitetinin komputer elmləri ixtisasına 536-balla qəbul olmuşam (Bu arada 1 bal az yığsaydım ADNSU- ya qəbul olacaqdım). 2017-ci ildə oranı bitirib yenidən Bakı Dövlət Universitetində öz təhsilimi magistratura pilləsi üzrə davam etdirdim. 2019-cu ildə "Böyük həcmli mətnlərin müəlliflərinin tanınması" mövzusunda magistr işini müdafiə edərək, magistr adını qazandım. Bu arada proqramlaşdırma ilə tanışlığım təxminən 7-ci sinifdə oxuyan zaman olmuşdu, düzdür o vaxtlar proqramlaşdırmanı tam olaraq anlamırdım. Universitetə girdikən sonra ali riyaziyyat keçdikə anlamağa başladım. Bu arada riyaziyyatsız proqramçı, güzgüsüz maşın kimidir.
Şəxsi məlumatlar
- AdRamil Əliyev
- Yaş25
- ÜnvanAzərbaycan, Bakı
- Emailcontact@ramilaliyev.com
Xİdmətlər
Desktop Development
Kompüterlər üçün müxtəlif növ desktop proqramlarının hazırlanması
Web Development
Web texnologiyalarından istifadə etməklə web saytlar, idarəetmə sistemləri və s. hazırlanması
Responsiv dizayn
Yaradılan sistemlərə cihazların ekran ölçüsünə görə fərqli dizayn verilməsi
Rəylər
Ramil Əliyev mənim üçün səmimilik və işgüzarlıq məfhumlarının bir bədəndə təcəlli etməsidir. Həm gözəl dost, həm də güvənilir tərəfdaş, yaradıcı təfəkkürü ilə öncül sıralarda olan gəncdir. İxtisasına fərqli yanaşması və bizim mərkəzlə əməkdaşlığı nəticəsində ixtisası üzrə respublika çempionudur. Məncə, onun adı elə çempion adına sinonimdir.
Magistratura təhsili müddətində Bakı Dövlət Universitetində Ramil ilə birlikdə oxumuşam. O, istənilən komanda, istənilən şirkət üçün dəyərli bir kadrdır. Ramil mötəşəm developerdir, inanılmaz mentordur və çox yaxşı dostdur !. O bizim qrup yoldaşlarımızın şəxsi və karyera inkişafına çox köməkliklər etmişdir. Ramil çox produktivdir. Bir komandanı idarəetmək sarıdan tamamilə masterdir. Əgər nə vaxtsa eyni bir şirkətdə iş imkanım olsaydı, Ramil ilə bir yerdə işləməyi çox istərdim.
Ramil Bakı Dövlət Universitetində oxuyan zaman ona ekonometrika fənnindən mühazirə demişəm. Ramil öz tərbiyəsi, savadı, çalışqanlığı ilə seçilən tələbələrdən olub. Hal-hazırda da sadiqliyi ilə fərqlənir. Yolun açıq, canın sağlam olsun. Uğurlar həyatda.
Mən Ramili 2014-cü ildən bəri tanıyıram. Onun bilik və bacarıqlarını inkişaf etdirməyi sevməsinə hər zaman heyranlıq etmişəm. Ondan bir insan və mütəxəsis olaraq çox şey öyrənmişəm. O, yeni texnologiyarı öyrənir və işlərində tətbiq edir. Açıq fikirli, dürüst və təvazökar bir insan olmaq Ramil haqqında deyiləcək sözlərdəndir.